Qüsur yoxsa qüsur deyil?

Demək olar ki, hər bir kəlağayı satışı, hazır kəlağayıda nəyin qüsur olduğu, nəyinsə qüsur olmadığı barədə izahlarla müşayiət olunur.

Beləliklə, aşağıdakılar QÜSUR DEYİL:

1) Kəlağayının səthində səpələnmiş və çox zaman şəklin öz rəngində olan xırda nöqtələr qüsur yox, kəlağayının xüsusiyyətidir. Bu nöqtələr necə yaranır? Usta qəliblərin köməyi ilə rezervləşdirici məhlul çəkdikdə bu məhlul müəyyən temperatura qədər qızdırılır və o, qəlibdən müəyyən nöqtə ilə damır – adətən, bu damcı kiçik diametrdə olur.

2) Bəzən kəlağayının üzərində sallanan saplar olur – bu da qüsur deyil! İpəkqurdu baramasından alınan sap sonsuz deyil, bundan əlavə, sap bəzən dəzgahda qırılmaq xüsusiyyətinə malikdir. Bu halda yeni sapı düyünləmirlər – sadəcə, üstdən atırlar və 2-5 ucluq alınır. Onları cəsarətlə, lakin səliqə ilə xırda qayçı ilə kəsmək olar. Bu zaman parça süzülmür – bu, kapron corab deyil. Amma kəlağayının səthi üzərində bu cür sapların həddən artıq çox olduğu hallar istisnadır.   

3) Əgər rəng çalarları kəlağayının səthi üzərində bərabər paylanıbsa, əksər hallarda bu, ustanın öz tapıntısıdır.

4) Kəlağayının kənarlarının emal olunmaması normal haldır! Kəlağayının kənarları yalnız saçaqlar hazırlanarkən emal olunur.


Beləliklə, aşağıdakılar QÜSURDUR:

1) Kəlağayının üzərində qara ləkələr – adətən, bu, rezervləşdirici məhlulun yuyulması üçün istifadə olunan yağın yaxşı yuyulmamasıdır.  

2) Formasız, kontrast ləkələr - məsələn, qara fonda açıq ləkələr və açıq fonda qara ləkələr qüsurdur.

3) Aydın məsələdir ki, kəlağayıdakı dəliklər də qüsurdur.

 

Bir çox alıcılarda yaranan ikinci və daha bir mühüm sual kəlağayının rəngi, xüsusən əsas fon və onun rənginin təmizliyi ilə bağlıdır. 

Kəlağayı rənglənərkən tez-tez çoxqatlı boyamadan istifadə olunur – məsələn, kəlağayı əvvəlcə bütünlüklə sarı rəngə boyanır, sonra isə qəliblərin köməyi ilə şəkil çəkilir və sonra qara rəngə boyanır. Nəticədə təmiz qara rəng heç vaxt alınmayacaq – o, yaşıla çalacaq. Qırmızı rəngə boyanıb naxış vurulur, qara rənglə boyananda təmiz qara rəng yox, tünd şokolad çalarlı olur. Moruğu rənglə boyanıb şəkil çəkilir, göy rənglə boyananda moruğu naxışlı bənövşəyi yaylıq alınır – bu zaman göy rəng əldə etmək, demək olar ki, mümkün deyil. Yəni boyama rənglərin qarışdırılması qanununa tabedir. Məhz buna görə də bəzən bozumtul-çəhrayı yaylıqlarda əsas fon çəhrayı çalarda olur. Usta təmiz rəng əldə edə bilər, amma bu, böyük zəhmət və uzun vaxt tələb edən bir işdir, buna görə də nadir hallarda hazırlanır.

Unutmayın ki, kəlağayıların fotoşəkilləri studiyada peşəkar avadanlıqlarla çəkilsə də, silsilədən silsiləyə rəng dəyişir, çünki məmulatlar əllə boyanır. Sizin monitorlarınız, noutbuklarınız və telefonlarınız fərqli ola və rəngləri müxtəlif cür göstərə bilər, halbuki, biz rənglərin daha dəqiq ötürülməsi üçün fotoşəkilləri fotoşopda (öz qurğularımızda) emal edirik. Nəzərə alın ki, daxil olan hər bir kəlağayı əvvəlkindən tam azacıq fərqlənə bilər, ondan bir qədər açıq və tünd ola bilər və hər bir kəlağayının fotoşəklini çəkmək fiziki cəhətdən mümkün deyil.

Cart
Cart is empty