Saxta malı necə fərqləndirməli?

Əziz alıcılarımız!

Əsl kəlağayını saxta kəlağayıdan fərqləndirməyin üsullarını araşdıraq.

Bu fərqləri ardıcıl nəzərdən keçirək.

Əsl kəlağayı 100% ipəkdən hazırlanır. 160х160 sm ölçülü böyük kəlağayı nişan üzüyündən rahatca keçir (məsələn, ötən qış Qəbələdəki mehmanxananın meneceri ilə çəkilən videoda qalaqlanmış kəlağayıların arasından biri götürülüb, yəni heç bir şey planlaşdırılmayıb) :

{dd_yt_video}videoid:KhlIl8vZmrs:width:640:height:460{/dd}

Həmçinin, kəlağayının ipək sapı yandırdıqda sap tamamilə yanır, 100%-lik yunda olduğu kimi, ondan sintetik kürəciklər qalmır. Kəlağayıya toxunduqda zəriflik, xoşagələn istilik duyulur. Əgər parçada soyuqluq hiss olunursa, parça atlas kimi bərq vurursa, kəlağayının üzərində çoxlu sayda müxtəlif, əlvan rənglər varsa, şəkillər çox xırdadırsa (kəlağayının hazırlanma texnologiyası həddən artıq xırda qəliblərlə işləməyə imkan vermir) – deməli, qarşınızdakı əsl kəlağayı deyil. Bunu kəlağayının qiymətindən də müəyyən edə bilərsiniz – əsl kəlağayı ucuz (10-20 manat) ola bilməz.

Daha bir məqam kəlağayının ölçüləri ilə əlaqədardır:
- əsl kəlağayı standart ölçülərdə olur: 240х240 (indi, demək olar ki, istehsal edilmir), 160х160 (əsasən, bu ölçüdə Basqal kəlağayılarıdır), 150х150 (Şəki kəlağayıları);
- şarfların ölçüsü: 160х80, 160х40 (Basqal), 185х65 (Şəki);
- dingə ləçəklər 80х80 sm (Basqal) və təxminən 75х75 (Şəki) ölçüsündə olur. Ölçülərdə ± 3-7 sm sapıntı ola bilər.
Həmçinin, bütün usatalar istehsal etdikləri kəlağayıların, şarfların və ləçəklərin üzərinə öz möhürlərini qoyurlar.
Hal-hazırda Azərbaycanda kəlağayı 4 məntəqədə istehsal olunur və biz onların 2-si ilə əməkdaşlıq edirik.

Məntəqələrdən 2-si Basqalda, 2-si isə Şəkidə fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
1) Şəki İpək Kombinatı – öz kəlağayılarını və dingə ləçəklərini «Şəki Silk 100%» damğası ilə möhürlənir. Adətən, ağ rəngli bu möhür yaylığın küncünə vurulur. Şarflar möhürlənmir.
2) Basqal İpək Mərkəzi – muzey və muzeyin nəzdində sex, yaxud əksinə, sexin nəzdində muzeydir. Amma vacib məqam bu deyil – onların möhürü haqqında bizdə məlumat yoxdur, amma düşünürəm ki, möhürləri var. Biz onların məhsullarını kəlağayının künclərindəki naxışların səliqəsizliyi ilə fərqləndiririk.
3) Şəkidə bir usta var – onun hazırladığı yaylıqlara da möhür vurulur. Əksər hallarda o, “Ziya”, “Ziya Məmmədov”, "Z.M.”kimi avtoqraflar qoyur, amma bəzən onun yaylıqlarında möhür olmur və ustanın kimliyi naxışlardan bilinir.
4) Basqalda da bir usta var – o, butanın daxilində, yaxud sadəcə, yaylığın küncündə möhür kimi «B» hərfini vurur.
O, əksər hallarda (nadir istisnalarla) kəlağayıları möhürləyir, şarfları və ləçəkləri isə bəzən möhürləmir.

Amma bəzi hallarda kəlağayıya toxunduqda kağız təəssüratı yaradır – bu, kəlağayının yuyulmasının nəticəsidir. Bəzən ona nişasta da vurulur. Sonradan kəlağayı geyilərək və yuyularaq yumşalır və daha zərif olur.

Keyfiyyət şəhadətnamələrinə və digər patentlərə gəldikdə, Basqaldakı usta hal-hazırda şəhadətnaməni alma prosesindədir, biz də onu gözləyirik. Şəki kombinatının nə patenti, nə də şəhadətnamələri yoxdur. Digərlərinin müvafiq sənədləri haqqında məlumatımız yoxdur, çünki biz onlarla işləmirik.

Bundan əlavə, inanın ki, ömründə heç olmasa bircə dəfə əlində kəlağayı tutmuş hər bir kəs onun keyfiyyətini heç nə ilə dəyişik sala bilməz! Kəlağayı zərif və incədir, dəriyə xoş gəlir, istiliyi qoruyub saxlayır.

Fotoşəkildə basqallı ustanın və Şəki kombinatının möhürlərinin nümunələri əks olunub (sonuncu foto). Əgər maraqlanırsınızsa, bir müddət sonra şərhlərdə Ziyanın möhürünü yerləşdirməyə çalışaram.

Nəzərə alın ki, kəlağayının kənarları emal olunmur.

Hal-hazırda fəaliyyət göstərən butiklərdən birinin fotoşəklində kəlağayı satışı ilə məşğul olan məşhur brendlərdən birinin qablaşdırması təsvir olunub. Bununla belə, həmin butikin təqdim etdiyi yaylıqlar əsl kəlağayı deyil.
  1. Onların kənarları emal olunub. Əsl kəlağayının kənarları heç zaman emal olunmur.
  2. Material atlasa bənzəyir, aşkar görünən atlas parıltısına malikdir.
  3. Bu materialın üzərinə şəkil əllə deyil, çap üsulu ilə həkk olunub və bu şəkillər Şəki kəlağayısının şəkillərinə çox bənzəyir;
  4. Bu yaylığın üzərində KALAĞAYI yazılıb, bunun isə Azərbaycan, yaxud ingilis dilində yazıldığı məlum deyil. Ya KƏLAĞAYI, ya da KELAGHAYI yazılmalıdır.
  5. Çoxlarını cəlb edən qiymət əsl kəlağayının qiymətindən iki dəfə aşağıdır.
Əlbəttə, onları əldə etmək hamının hüququdur, amma yadda saxlamaq lazımdır ki, onlar əsl kəlağayı yox, əl üsulu ilə hazırlanmamış, kəlağayı üslubunda ucuz yaylıqdır.
[yjsgimgs image="images/logotipi/1.jpg" class="bspace yjsg-lightbox" title="1" link="images/logotipi/1.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/2.jpg" class="bspace yjsg-lightbox" title="2" link="images/logotipi/2.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/3_ziya.jpg" class="bspace yjsg-lightbox" title="3" link="images/logotipi/3_ziya.jpg" target="" effect="nonr"][yjsgimgs image="images/logotipi/4.jpg" class="bspace yjsg-lightbox" title="4" link="images/logotipi/4.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/5.jpg" class="bspace yjsg-lightbox" title="5" link="images/logotipi/5.jpg" target="" effect="none"] [yjsgimgs image="images/logotipi/6.jpeg" class="bspace yjsg-lightbox" title="6" link="images/logotipi/6.jpeg" target="" effect="none"]

 

Cart
Cart is empty