Hörmətli alıcılar!
-
Kuryer çatdırılması zamanı kəlağayı bağlamasına baxın ki, sizə lazım olan rəngdə kəlağayı aldığınıza əmin olasınız və onun rəngi sizi qane etmədikdə (kəlağayı əllə boyandıqda hətta bir partiya daxilində də rəngin çalarlanması kifayət qədər güclü olur) dərhal qaytarmağınız daha yaxşıdır. Bu halda da kuryer xidməti ödənilir. Buna görə də, əgər siz kəlağayı üçün xüsusi bir rəng çaları axtarırsınızsa, kuryer çatdırılmasını sifariş etməkdənsə, bu cür kəlağayının mövcudluğunu yoxlamağı və şəxsən seçməyi məsləhət görürük.
-
Əgər kəlağayını şəxsən alırsınızsa, ləkələrin, artıq sapların, deşiklərin olub-olmadığını yoxlayın. Biz də insanıq və kəlağayıdakı qüsuru diqqətdən qaçıra bilərik. Kəlağayı alarkən onun hər birini yoxlamaq mümkün deyil – eyni vaxtda 50 və ya daha çox mal götürülür.
-
Kəlağayı alındığı gündən 3 (üç) gün ərzində onu qaytarmaq və ya dəyişdirmək mümkündür. Siz onu eyni rəng diapazonuna malik başqa bir kəlağayı ilə, yaxud qiymət fərqini ödəməklə daha bahalı kəlağayı ilə əvəzləyə bilərsiniz. Kəlağayının qaytarılması və ya dəyişdirilməsi yalnız şəxsən həyata keçirilir – bu halda çatdırılma xidməti işləmir.
-
Əgər siz kuryer xidməti vasitəsilə kəlağayı almısınızsa, geri qaytarıldıqdan sonra kəlağayının dəyəri geri qaytarılır, lakin çatdırılma dəyəri geri qaytarılmır, çünki bu xidmət kuryer xidməti tərəfindən təmin edilir.
-
Kəlağayılar poçtla göndərildikdə və şəhər daxilində çatdırıldıqda onların hamısı keyfiyyətinə görə yoxlanılır. Amma rəngi və ya başqa səbəbdən kəlağayınız sizi qane etmirsə, onun qaytarılması və ya dəyişdirilməsi alıcının hesabına həyata keçirilir.
-
Kəlağayıda onun geyilmə izləri, kəskin ətir qoxusu, yuyulma izləri, yaxud ona düzgün qulluq edilməməsi səbəbindən zədələnmə əlamətləri aşkarlanarsa, onun qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququnu qoruyub saxlayırıq. Kəlağayıya düzgün qulluq göstərmək məqsədi ilə məhsullarımızı üç dildə: Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş ipək məmulatlarına qulluq haqqında etiketlə təmin edirik.