Əziz alıcılar!

Əgər hər hansı kəlağayı, şərf və ya dingə (balaca ləçək) əldə etmək istəyirsinizsə, mütləq onların olub-olmadığını dəqiqləşdirin. Saytımız Sizin üçün kataloq səciyyəsi daşıyır və Sizi maraqlandıran rəng çalarını seçməyinizə imkan yaradır.

Əgər Sizi maraqlandıran rəngdə məmulat yoxdursa, sifarişinizi təsdiqlədikdən sonra qısa müddət ərzində onu hazırlamağa çalışacağıq.
Biz təkrarən eyni bir çaların alınacağına 100% zəmanət verə bilmərik – məmulat əllə boyanır və əksər hallarda nəticəni qabaqcadan müəyyən etmək mümkün olmur – hətta eyni qisim kəlağayıların içində də rəng çalarları fərqlənə bilər.

Kəlağayı burulmamış saplardan əllə toxunan və ənənəvi “basmanaxış” üsulu ilə - qaynar basma naxışlarla bəzədilən ipək yaylıqdır.

Qədimdə qadınlar və qızlar saçlarını kəlağayının dörddə-biri boyda “dingənin” altında gizlədirdilər (indi biz bunu “kiçik kəlağayı” və ya “uşaq kəlağayısı” adlandırırıq), onun üzərindən isə böyük kəlağayı örtürdülər. Dingənin ölçüləri, müvafiq olaraq, 80х80 sm və ya 75 х 75 sm olur.

2000 ildən artıq bir müddətdə kəlağayı kvadrat formasında hazırlanırdı. Amma bu gün dəbə dəyər verən sənətkarlar düzbucaqlı formada kəlağayılar – saçaqlı və saçaqsız şarflar hazırlayırlar. Onların ölçüləri, adətən, 160х80 sm və ya 160 х 40 sm olur.

Şüşə praktik istifadə üçün yararlıdır. Tərtibatlı şüşə Sizin evinizə rahatlıq və təkrarolunmaz kolorit bəxş edəcək. Naxışlanmış armudu stəkanlar, sevimli cizgi filmlərinizin qəhrəmanlarının təsvir olunduğu fincanlar, salat qabları, duzqabları, butulkadan hazırlanmış güldanlar və digər şüşə-keramika məmulatları

Ağac məmulatlar evimizin rahatlığının ayrılmaz hissəsidir. Əllə hazırlanmış, yandırma texnikası ilə və boyalarla bəzədilmiş müxtəlif pannolar, ərzağın doğranması üçün taxtalar, isti əşyalar üçün altlıq, maqnitlər və s.

Quru çiçəklər, balıqqulağı, muncuq və s. əlavə edilməklə epoksid zərgərlik qatranından hazırlanmış müxtəlif kulonlar. Yandırılmış və ya yonulmuş naxışlı və ya yazılı dəri qolbaqlar.

Copyright MAXXmarketing GmbH
JoomShopping Download & Support
Cart
Cart is empty