Saxta malı necə fərqləndirməli?

Əziz alıcılarımız!

Əsl kəlağayını saxta kəlağayıdan fərqləndirməyin üsullarını araşdıraq.

Bu fərqləri ardıcıl nəzərdən keçirək.

Əsl kəlağayı 100% ipəkdən hazırlanır. 160х160 sm ölçülü böyük kəlağayı nişan üzüyündən rahatca keçir (məsələn, ötən qış Qəbələdəki mehmanxananın meneceri ilə çəkilən videoda qalaqlanmış kəlağayıların arasından biri götürülüb, yəni heç bir şey planlaşdırılmayıb) :

{dd_yt_video}videoid:KhlIl8vZmrs:width:640:height:460{/dd}

Həmçinin, kəlağayının ipək sapı yandırdıqda sap tamamilə yanır, 100%-lik yunda olduğu kimi, ondan sintetik kürəciklər qalmır. Kəlağayıya toxunduqda zəriflik, xoşagələn istilik duyulur. Əgər parçada soyuqluq hiss olunursa, parça atlas kimi bərq vurursa, kəlağayının üzərində çoxlu sayda müxtəlif, əlvan rənglər varsa, şəkillər çox xırdadırsa (kəlağayının hazırlanma texnologiyası həddən artıq xırda qəliblərlə işləməyə imkan vermir) – deməli, qarşınızdakı əsl kəlağayı deyil. Bunu kəlağayının qiymətindən də müəyyən edə bilərsiniz – əsl kəlağayı ucuz (10-20 manat) ola bilməz.

Daha bir məqam kəlağayının ölçüləri ilə əlaqədardır:
- əsl kəlağayı standart ölçülərdə olur: 240х240 (indi, demək olar ki, istehsal edilmir), 160х160 (əsasən, bu ölçüdə Basqal kəlağayılarıdır), 150х150 (Şəki kəlağayıları);
- şarfların ölçüsü: 160х80, 160х40 (Basqal), 185х65 (Şəki);
- dingə ləçəklər 80х80 sm (Basqal) və təxminən 75х75 (Şəki) ölçüsündə olur. Ölçülərdə ± 3-7 sm sapıntı ola bilər.
Həmçinin, bütün usatalar istehsal etdikləri kəlağayıların, şarfların və ləçəklərin üzərinə öz möhürlərini qoyurlar.
Hal-hazırda Azərbaycanda kəlağayı 4 məntəqədə istehsal olunur və biz onların 2-si ilə əməkdaşlıq edirik.

Məntəqələrdən 2-si Basqalda, 2-si isə Şəkidə fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
1) Şəki İpək Kombinatı – öz kəlağayılarını və dingə ləçəklərini «Şəki Silk 100%» damğası ilə möhürlənir. Adətən, ağ rəngli bu möhür yaylığın küncünə vurulur. Şarflar möhürlənmir.
2) Basqal İpək Mərkəzi – muzey və muzeyin nəzdində sex, yaxud əksinə, sexin nəzdində muzeydir. Amma vacib məqam bu deyil – onların möhürü haqqında bizdə məlumat yoxdur, amma düşünürəm ki, möhürləri var. Biz onların məhsullarını kəlağayının künclərindəki naxışların səliqəsizliyi ilə fərqləndiririk.
3) Şəkidə bir usta var – onun hazırladığı yaylıqlara da möhür vurulur. Əksər hallarda o, “Ziya”, “Ziya Məmmədov”, "Z.M.”kimi avtoqraflar qoyur, amma bəzən onun yaylıqlarında möhür olmur və ustanın kimliyi naxışlardan bilinir.
4) Basqalda da bir usta var – o, butanın daxilində, yaxud sadəcə, yaylığın küncündə möhür kimi «B» hərfini vurur.
O, əksər hallarda (nadir istisnalarla) kəlağayıları möhürləyir, şarfları və ləçəkləri isə bəzən möhürləmir.

Amma bəzi hallarda kəlağayıya toxunduqda kağız təəssüratı yaradır – bu, kəlağayının yuyulmasının nəticəsidir. Bəzən ona nişasta da vurulur. Sonradan kəlağayı geyilərək və yuyularaq yumşalır və daha zərif olur.

Keyfiyyət şəhadətnamələrinə və digər patentlərə gəldikdə, Basqaldakı usta hal-hazırda şəhadətnaməni alma prosesindədir, biz də onu gözləyirik. Şəki kombinatının nə patenti, nə də şəhadətnamələri yoxdur. Digərlərinin müvafiq sənədləri haqqında məlumatımız yoxdur, çünki biz onlarla işləmirik.

Bundan əlavə, inanın ki, ömründə heç olmasa bircə dəfə əlində kəlağayı tutmuş hər bir kəs onun keyfiyyətini heç nə ilə dəyişik sala bilməz! Kəlağayı zərif və incədir, dəriyə xoş gəlir, istiliyi qoruyub saxlayır.

Fotoşəkildə basqallı ustanın və Şəki kombinatının möhürlərinin nümunələri əks olunub (sonuncu foto). Əgər maraqlanırsınızsa, bir müddət sonra şərhlərdə Ziyanın möhürünü yerləşdirməyə çalışaram.

Nəzərə alın ki, kəlağayının kənarları emal olunmur.

Hal-hazırda fəaliyyət göstərən butiklərdən birinin fotoşəklində kəlağayı satışı ilə məşğul olan məşhur brendlərdən birinin qablaşdırması təsvir olunub. Bununla belə, həmin butikin təqdim etdiyi yaylıqlar əsl kəlağayı deyil.
  1. Onların kənarları emal olunub. Əsl kəlağayının kənarları heç zaman emal olunmur.
  2. Material atlasa bənzəyir, aşkar görünən atlas parıltısına malikdir.
  3. Bu materialın üzərinə şəkil əllə deyil, çap üsulu ilə həkk olunub və bu şəkillər Şəki kəlağayısının şəkillərinə çox bənzəyir;
  4. Bu yaylığın üzərində KALAĞAYI yazılıb, bunun isə Azərbaycan, yaxud ingilis dilində yazıldığı məlum deyil. Ya KƏLAĞAYI, ya da KELAGHAYI yazılmalıdır.
  5. Çoxlarını cəlb edən qiymət əsl kəlağayının qiymətindən iki dəfə aşağıdır.
Əlbəttə, onları əldə etmək hamının hüququdur, amma yadda saxlamaq lazımdır ki, onlar əsl kəlağayı yox, əl üsulu ilə hazırlanmamış, kəlağayı üslubunda ucuz yaylıqdır.
[yjsgimgs image="images/logotipi/1.jpg" class="bspace yjsg-lightbox" title="1" link="images/logotipi/1.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/2.jpg" class="bspace yjsg-lightbox" title="2" link="images/logotipi/2.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/3_ziya.jpg" class="bspace yjsg-lightbox" title="3" link="images/logotipi/3_ziya.jpg" target="" effect="nonr"][yjsgimgs image="images/logotipi/4.jpg" class="bspace yjsg-lightbox" title="4" link="images/logotipi/4.jpg" target="" effect="none"][yjsgimgs image="images/logotipi/5.jpg" class="bspace yjsg-lightbox" title="5" link="images/logotipi/5.jpg" target="" effect="none"] [yjsgimgs image="images/logotipi/6.jpeg" class="bspace yjsg-lightbox" title="6" link="images/logotipi/6.jpeg" target="" effect="none"]

 

Dəyişmə və qaytarma

Hörmətli alıcılar!

  1. Kuryer çatdırılması zamanı kəlağayı bağlamasına baxın ki, sizə lazım olan rəngdə kəlağayı aldığınıza əmin olasınız və onun rəngi sizi qane etmədikdə (kəlağayı əllə boyandıqda hətta bir partiya daxilində də rəngin çalarlanması kifayət qədər güclü olur) dərhal qaytarmağınız daha yaxşıdır. Bu halda da kuryer xidməti ödənilir. Buna görə də, əgər siz kəlağayı üçün xüsusi bir rəng çaları axtarırsınızsa, kuryer çatdırılmasını sifariş etməkdənsə, bu cür kəlağayının mövcudluğunu yoxlamağı və şəxsən seçməyi məsləhət görürük.
  2. Əgər kəlağayını şəxsən alırsınızsa, ləkələrin, artıq sapların, deşiklərin olub-olmadığını yoxlayın.  Biz də insanıq və kəlağayıdakı qüsuru diqqətdən qaçıra bilərik. Kəlağayı alarkən onun hər birini yoxlamaq mümkün deyil – eyni vaxtda 50 və ya daha çox mal götürülür.
  3. Kəlağayı alındığı gündən 3 (üç) gün ərzində onu qaytarmaq və ya dəyişdirmək mümkündür. Siz onu eyni rəng diapazonuna malik başqa bir kəlağayı ilə, yaxud qiymət fərqini ödəməklə daha bahalı kəlağayı ilə əvəzləyə bilərsiniz. Kəlağayının  qaytarılması və ya dəyişdirilməsi yalnız şəxsən həyata keçirilir – bu halda çatdırılma xidməti işləmir.
  4. Əgər siz kuryer xidməti vasitəsilə kəlağayı almısınızsa, geri qaytarıldıqdan sonra kəlağayının dəyəri geri qaytarılır, lakin çatdırılma dəyəri geri qaytarılmır, çünki bu xidmət kuryer xidməti tərəfindən təmin edilir.
  5. Kəlağayılar poçtla göndərildikdə və şəhər daxilində çatdırıldıqda onların hamısı keyfiyyətinə görə yoxlanılır. Amma rəngi və ya başqa səbəbdən kəlağayınız sizi qane etmirsə, onun qaytarılması və ya dəyişdirilməsi alıcının hesabına həyata keçirilir.
  6. Kəlağayıda onun geyilmə izləri, kəskin ətir qoxusu, yuyulma izləri, yaxud ona düzgün qulluq edilməməsi səbəbindən zədələnmə əlamətləri aşkarlanarsa, onun qaytarılmasından və ya dəyişdirilməsindən imtina etmək hüququnu qoruyub saxlayırıq. Kəlağayıya düzgün qulluq göstərmək məqsədi ilə məhsullarımızı üç dildə: Azərbaycan, rus və ingilis dillərində tərtib olunmuş ipək məmulatlarına qulluq haqqında etiketlə təmin edirik.

Bizim tərəfdaşlarımız

Bizimlə işləmiş, işləyən və bundan sonra da işləyərək onlayn mağazamızı dəstəkləyəcək hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.

 

Çəkilişlər üçün bizə bijuteriyalar təqdim edən sənətkarlarımız:

Art of Kubachi – gümüş və qiymətli daşlar

Xumar Nuriyeva – qiymətli daşlar və saman

Leyla Həsən – keçə və dəri məmulatları

Mushu-nun əl işləri – qədəhlər və digər aksessuarlar

Aleksandra Samuylova – bəzi zinət əşyalarının sahibi

 

Fotoqraflarımız:

soulphotostudio

Adı çəkilməyən daha bir fotoqraf

 

Bizim modellərimiz peşəkar və məşhur olmasalar da, füsunkar və cazibədardırlar:

Anna Şadrikova

Dina Xaşdəmir-Qolitsına və onun iki gözəl qızı: Melissa və Aişə

Vita Əliyeva

Cəmilə

 

Bütün dillər üzrə əvəzedilməz tərcüməçimiz:

Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

 

Saytın yaradıcısı, texniki inzibatçısı və ilhamverici qüvvəsi:

Mariya Samuylova

 

Hörmətlə, Sizin SilkFantasy

Qüsur yoxsa qüsur deyil?

Demək olar ki, hər bir kəlağayı satışı, hazır kəlağayıda nəyin qüsur olduğu, nəyinsə qüsur olmadığı barədə izahlarla müşayiət olunur.

Beləliklə, aşağıdakılar QÜSUR DEYİL:

1) Kəlağayının səthində səpələnmiş və çox zaman şəklin öz rəngində olan xırda nöqtələr qüsur yox, kəlağayının xüsusiyyətidir. Bu nöqtələr necə yaranır? Usta qəliblərin köməyi ilə rezervləşdirici məhlul çəkdikdə bu məhlul müəyyən temperatura qədər qızdırılır və o, qəlibdən müəyyən nöqtə ilə damır – adətən, bu damcı kiçik diametrdə olur.

2) Bəzən kəlağayının üzərində sallanan saplar olur – bu da qüsur deyil! İpəkqurdu baramasından alınan sap sonsuz deyil, bundan əlavə, sap bəzən dəzgahda qırılmaq xüsusiyyətinə malikdir. Bu halda yeni sapı düyünləmirlər – sadəcə, üstdən atırlar və 2-5 ucluq alınır. Onları cəsarətlə, lakin səliqə ilə xırda qayçı ilə kəsmək olar. Bu zaman parça süzülmür – bu, kapron corab deyil. Amma kəlağayının səthi üzərində bu cür sapların həddən artıq çox olduğu hallar istisnadır.   

3) Əgər rəng çalarları kəlağayının səthi üzərində bərabər paylanıbsa, əksər hallarda bu, ustanın öz tapıntısıdır.

4) Kəlağayının kənarlarının emal olunmaması normal haldır! Kəlağayının kənarları yalnız saçaqlar hazırlanarkən emal olunur.


Beləliklə, aşağıdakılar QÜSURDUR:

1) Kəlağayının üzərində qara ləkələr – adətən, bu, rezervləşdirici məhlulun yuyulması üçün istifadə olunan yağın yaxşı yuyulmamasıdır.  

2) Formasız, kontrast ləkələr - məsələn, qara fonda açıq ləkələr və açıq fonda qara ləkələr qüsurdur.

3) Aydın məsələdir ki, kəlağayıdakı dəliklər də qüsurdur.

 

Bir çox alıcılarda yaranan ikinci və daha bir mühüm sual kəlağayının rəngi, xüsusən əsas fon və onun rənginin təmizliyi ilə bağlıdır. 

Kəlağayı rənglənərkən tez-tez çoxqatlı boyamadan istifadə olunur – məsələn, kəlağayı əvvəlcə bütünlüklə sarı rəngə boyanır, sonra isə qəliblərin köməyi ilə şəkil çəkilir və sonra qara rəngə boyanır. Nəticədə təmiz qara rəng heç vaxt alınmayacaq – o, yaşıla çalacaq. Qırmızı rəngə boyanıb naxış vurulur, qara rənglə boyananda təmiz qara rəng yox, tünd şokolad çalarlı olur. Moruğu rənglə boyanıb şəkil çəkilir, göy rənglə boyananda moruğu naxışlı bənövşəyi yaylıq alınır – bu zaman göy rəng əldə etmək, demək olar ki, mümkün deyil. Yəni boyama rənglərin qarışdırılması qanununa tabedir. Məhz buna görə də bəzən bozumtul-çəhrayı yaylıqlarda əsas fon çəhrayı çalarda olur. Usta təmiz rəng əldə edə bilər, amma bu, böyük zəhmət və uzun vaxt tələb edən bir işdir, buna görə də nadir hallarda hazırlanır.

Unutmayın ki, kəlağayıların fotoşəkilləri studiyada peşəkar avadanlıqlarla çəkilsə də, silsilədən silsiləyə rəng dəyişir, çünki məmulatlar əllə boyanır. Sizin monitorlarınız, noutbuklarınız və telefonlarınız fərqli ola və rəngləri müxtəlif cür göstərə bilər, halbuki, biz rənglərin daha dəqiq ötürülməsi üçün fotoşəkilləri fotoşopda (öz qurğularımızda) emal edirik. Nəzərə alın ki, daxil olan hər bir kəlağayı əvvəlkindən tam azacıq fərqlənə bilər, ondan bir qədər açıq və tünd ola bilər və hər bir kəlağayının fotoşəklini çəkmək fiziki cəhətdən mümkün deyil.

Bizim haqqımızda

Kəlağayı Azərbaycan qadını üçün həm rəmz, həm gözəllik, həm də rahatlıqdır...

 

Kəlağayı əllə boyanmış 100% ipəkdir.

 

Kəlağayı Şəkidə və ya Basqalda istehsalı olunur (istehsalçılar və kəlağayının orijinallığı haqqında)

 

Bizim brendimiz Silk Fantasy brendidir və kəlağayı bazarına yenicə qədəm qoysaq da, bizim müəyyən nüfuzumuz var. İlk əvvəl, mağazamızı yaradarkən biz bazarı tədqiq edərkən belə bir nəticəyə gəldik ki, malın əlverişliliyinin və çatdırılma xidmətinin aktuallığını daim qoruyub saxlayan onlayn-mağaza yoxdur. Adi mağazalar var və çoxdan fəaliyyət göstərir, amma əlverişli qiymətlərə və çatdırılma şərtlərinə malik onlayn-mağaza və tədarük bazarı həmin vaxt qətiyyən əhatə olunmamışdı. Bizim konsepsiyamız da məhz həmin ideyanın həyata keçirilməsinə yönəldilib. İlk əvvəl sayt bir kataloq kimi yaradılmışdı, indi isə biz axtarış, seçim və sifarişlərin rəsmiləşdirilməsi prosedurunu asanlaşdırmaq üçün iri onlayn-mağazalara bənzər platformaya keçirik.

 

Hal-hazırda biz fəxr edirik ki, hər bir alıcı evdə və ya işdə oturaraq özü üçün onlayn qaydada ipək məmulat seçə bilər və həmin məmulat mövcud olduğu təqdirdə onun üçün rahat vaxtda və rahat yerə gətiriləcək.  Hər bir məmulatın ətraflı təsviri və studiyada çəkilmiş kafi sayda keyfiyyətli fotoşəkillər kəlağayının seçilməsi prosesini asanlaşdıracaq. Onlayn-mağaza konsepsiyası həm bizim həmvətənlərimiz, həm də ipəyi və ipək məmulatlarını sevən və xaricdə yaşayan alıcılarımız üçün rahatdır, çünki poçt göndərişi xidməti bütün dünyada göstərilir və sifarişçi sifarişi qəbul etdiyini təsdiqləməyənə qədər, göndərilmiş sifariş son dəqiqəyədək izləmə nömrələri ilə müşahidə olunur.  

 

Biz kəlağayıların keyfiyyətinə diqqət yetirməyə çalışırıq. Ləkəli, çox qüsurlu, deşikli kəlağayılar geri qaytarılır. Bu zaman qeyri-bərabər boyama qüsur hesab olunmur – çox vaxt bu, yaylığın özəl cəhətidir.

 

Qüsur nədir? (istinad)

 

Bu gün biz əminliklə deyə bilərik ki, hal-hazırda biz Azərbaycanda bu cür yüksək səviyyəli xidmət göstərən yeganə onlayn mağazayıq. Sorğular və sifarişlər texnologiyaların imkan yaratdığı qədər cəld icra olunur. Biz hər bir alıcıya istər malın seçimində, istərsə də onun alınması və çatdırılması üsullarından rahat istifadə olunmasında kömək etməyə çalışırıq.

Cart
Cart is empty